Gündəm
Bakının mərkəzində zibillik - FOTO
Paytaxtın mərkəzi küçəsində insanlar məişət tullantılarının içindən keçərək hərəkət edir.
Oxu.Az xəbər verir ki, sözügedən mənzərəni əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Söhbət Nəsimi rayonu, Rəsul Rza küçəsindən gedir.
Paylaşımlarda hər gün bu küçədəki zibil konteynerlərinə həm sakinlər tərəfindən, həm də yaxınlıqda yerləşən obyektlərdə gün ərzində yığılan məişət tullantılarının atıldığı qeyd edilir.
Eyni zamanda zibil konteynerlərinin piyadalar üçün nəzərdə tutulan piyada səkisində qoyulması da narazılığa səbəb olan məqamlardan biridir.
Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə zibil konteynerlərinin sayı artırılacaq:
“Foto gecə saatlarında çəkilib. Gündüz həmin ərazidə tıxac olduğuna görə, zibilyığan maşınlar daxil ola bilmir. Məişət tullantılarını ancaq gecə saatlarında, yollar boşaldıqdan sonra ərazidən yığmaq olur. Yəqin gecə zibilyığan maşınlar tıxacda yubanıb və nəticədə belə bir mənzərə yaranıb.
Zibil konteynerlərinin piyada səkisindən götürülməsi isə heç cür mümkün deyil. Ərazinin iki tərəfində söküntü işləri gedir, bir tərəfi isə hasarlanıb. Zibil konteynerlərinin yerinin dəyişdirilməsi üçün münasib başqa yer yoxdur. Amma zibil konteynerlərinin sayını yenidən artıra bilərik”.
Daha çox xəbər:
Bakıda gəlinini öldürərək meyitini doğrayan şəxsə AĞIR CƏZA
Sumqayıtda zibil qutusunun üstündə QƏRİBƏ ELAN — FOTO
Tovuzda uşaq anası tərəfindən küçəyə atılıb? - AÇIQLAMA
Sumqayıt bulvarının yaxınlığını zibil poliqonuna çevirdilər - FOTO/VİDEO
Avtomobil zibil maşınının altına girdi: sürücü öldü - FOTO