Gündəm
Tovuzda uşaq anası tərəfindən küçəyə atılıb? - AÇIQLAMA
Tovuzda azyaşlı uşağın gecə saatlarında küçədə yatmağa məcbur edildiyi iddia olunur.
Bu barədə foto və iddialar sosial şəbəkələrdə paylaşılıb. Fotonun Tovuz rayonunun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkildiyi qeyd edilib.
İddia edilir ki, hər gün gecə saatlarında azyaşlı oğlan soyuqda üşüyərək bükülmüş halda burada yatır. Azyaşlını həmin əraziyə anasının gətirdiyi deyilir. Uşağın hər gün gecə saat 01:00 radələrində burada olduğu deyilir.
Qadına dəfələrlə bununla bağlı irad tutulduğu deyilsə də, o, ətrafdakı insanların iradlarına məhəl qoymayıb.
Sosial şəbəkə istifadəçiləri uşağı bu vəziyyətdə tərk edən şəxsin kimliyindən asılı olmayaraq məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırılması ilə bağlı çağırışlar ediblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ Tovuz Rayon Polis Şöbəsində nəzarətə götürülüb:
“Müvafiq qurumlarla birlikdə araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə yekun məlumat veriləcək”.
Daha çox xəbər:
Tovuzda qadınları fahişəliyə cəlb edən şəxs barədə cinayət işi qaldırıldı - DİN
Polis şəhidin anım günü tədbirinin çəkilişlərinə mane olub? - AÇIQLAMA
“Azərsu” işçiləri ilə mübahisə edən qadın özünü bıçaqladı - FOTO
"Ərim gecə saat 4-də məni döyüb çılpaq halda küçəyə atdı" - Evdən qaçan 5 uşaq anası - FOTOLAR
İlkin Süleymanovun polis qohumunun qalmaqallı açıqlamasına DİN-dən reaksiya