Gündəm
10:33, 08 Aralık 2021

Polis şəhidin anım günü tədbirinin çəkilişlərinə mane olub? - AÇIQLAMA

Polis şəhidin anım günü tədbirinin çəkilişlərinə mane olub? - AÇIQLAMA



Şəmkir rayonu, Seyfəli kəndində şəhid Təbriz Namazovun anım günü polislərin tədbirin çəkilişinə mane törətməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

İddia edilib ki, şəhid ailəsinin istəyi əsasında Şəhidlər xiyabanında anım gününü çəkmək üçün dron gətirilib. Polis dronla çəkiliş aparan şəxsi xidməti avtomobilinə mindirərək bölməyə aparıb. Bu da şəhid ailələrinin, Seyfəli kənd sakinlərinin etirazına səbəb olub.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə hərbi-strateji obyektlər olduğu üçün, havadan rəqəmsal (dron) çəkiliş aparmaq qadağandır:

“Çəkiliş məhz buna görə dayandırılaraq, şöbədə həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq, izah edilib”.
Digər xəbərlər: