Gündəm
13:33, 03 Kasım 2021

Bakıda əhalinin əməkhaqqıları artıb

Bakıda əhalinin əməkhaqqıları artıb



Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumatlara əsasən, 2021-ci ilin yanvar-avqust aylarında işçilərin orta aylıq nominal əməkhaqqı 943,3 manat olub.

Əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 0,5 faiz artıb.
Digər xəbərlər: