Gündəm
Millət vəkili Tural Gəncəliyev ATƏT-də erməni deputatların yalanlarını ifşa edib
ATƏT Parlament Assambleyasının onlayn payız sessiyasında “Aralıq dənizi hövzəsində və Əfqanıstanda cari vəziyyət” mövzusu müzakirə olunan vaxt Ermənistandan olan deputatlar ölkəmizin ünvanına yenə də qarayaxma kampaniyası aparmağa cəhd göstərib və xoşagəlməz ifadələr səsləndiriblər.
“Report” xəbər verir ki, qurumda Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü, millət vəkili Tural Gəncəliyev erməni deputatların yalanlarını ifşa edib və onları tənqid edib. Millət vəkili eyni zamanda ATƏT-in Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı olduğunu, söz oyunu meydanı olmadığını qarşı tərəfin diqqətinə çatdırıb.
Tural Gəncəliyev erməni deputatları qınayaraq onlara uşaq xəyalları ilə yaşamağı deyil, mövcud reallığı qəbul etməyi tövsiyə edib.
Daha çox xəbər:
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi – ADLAR
Keçmiş millət vəkili Vaşinqtonda taksi sürür - HAQQINDA HƏBS QƏRARI VAR
Millət vəkili gülüş doğuran görüntüsünü İNKAR ETDİ: "Mənim çıxışım olmayıb" - VİDEO
Deputat məmurları tənqid etdi: “Üslublarını dəyişməsələr adlarını çəkəcəyəm”
Millət vəkili Ramil Həsənin həyat yoldaşı ilə bağlı qalmaqal