Gündəm
Qərbi Zəngəzurda rusiyalılarla ermənilər arasında dava: Xəsarət alanlar var
Qərbi Zəngəzurun Qafan şəhərində rusiyalı hərbçilərlə ermənilər arasında dava düşməsi ilə bağlı polisə zəng daxil olub.
Belə ki, Rusiya Federasiyasının vətəndaşları 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyak supermarket işçisi 40 yaşlı Armen Avanesyanla mübahisə ediblər.
Hadisə şahidləri 23 yaşlı Aleksan Qriqoryan, 22 yaşlı Mahan Martirosyan və 33 yaşlı Artaşes Manuçaryan hadisəyə müdaxilə etməyə çalışıblar.
Nəticədə Qalanov baş nahiyəsindən xəsarətlər alıb. Rusiya vətəndaşları Qalanov, Dyanov, Qorbulyak Qafan polis şöbəsinə, A. Avanesyan bədən xəsarətləri ilə Qafan Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Qafan Polis İdarəsində araşdırma aparılır.
Mənbə: Shamshyan.com