Hadisə
Marketdə 33 yaşlı kişinin qabırğasını sındırdılar
Lənkəranda qanlı hadisə baş verib.
BEŞ.AZ xəbər verir ki, Lənkəran şəhəri, M.Əsədov küçəsi dalan 1, ev 12-də yaşayan 1986-cı il təvəllüdlü Nurlan Nurəli oğlu Qurbanovun sol qabırğasından kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə polisə məlumat verilib. Məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanaya cəlb olunublar.
İlkin araşdırma zamanı müəyyən edilib ki, 01.05.2019-cu il tarixdə saat 20 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Refem” marketinin yanında 1985-ci il təvəllüdlü Rəvan Ağamehdi oğlu Məhərrəmov ilə şəxsi münasibətlər zəminində tanışı Nurlan Qurbanov arasında dava başlayıb.
Dava zamanı Rəvan Məhərrəmov cib bıçağı lə Nurlan Qurbanova qəsdən bir dəfə bıçaq zərbəsi vurub.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb