Gündəm
Sinqapurda peyvənd olunmayan xəstələrin koronavirusdan müalicəsi pullu olacaq
Dekabrın 8-dən Sinqapur hakimiyyəti peyvənd olunmamış koronavirus xəstələrinin müalicəsi üçün ödəniş etməyi dayandıracaq. Bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlik bu qərarı peyvənd olunmamış vətəndaşların koronavirus xəstəxanalarında çarpayıların əksəriyyətini tutması və ölkənin səhiyyə resurslarına qeyri-mütənasib dərəcədə böyük yük qoyması ilə izah edib. Bununla bağlı tibb müəssisələri belə xəstələrdən ödəniş alacaqlar.
Bildirilir ki, 12 yaşa qədər uşaqlar və peyvəndlərə əks göstərişi olan vətəndaşlar pulsuz tibbi yardım almağa davam edəcəklər.
Mənbə: RİA Novosti
Daha çox xəbər:
Qardaş ölkədə bütün koronavirus xəstələri pulsuz müalicə ediləcək
Avstriyada peyvənd olunmayanlar üçün lokdaun tətbiq edilir
Britaniyanın səhiyyə xidməti 5-11 yaşlı uşaqları peyvənd edəcək
Gürcüstanda 12-15 yaşlı yeniyetmələrə koronavirus peyvəndi vurulacaq
İsrail alimləri koronavirusa qarşı peyvənd hazırladılar - AÇIQLANACAQ