Gündəm
Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən azad olundu
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Ona 2019-cu ilin fevral ayının 11-də general-mayor ali hərbi rütbəsi verilib.
Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.
Daha çox xəbər:
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
DTX rəisinə yeni vəzifə verildi - PREZİDENTDƏN SƏRƏNCAM
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanvermə aksiyasına qoşulub
Vəzifəsindən uzaqlaşdırılan erməni general prezidenti və baş naziri məhkəməyə verib
Prezident yüksək vəzifəyə onu təyin etdi - SON DƏQİQƏ