Gündəm
Ərdoğan: “Can Azərbaycanın zəfəri bütün türk dünyasını qürurlandırdı”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VIII Zirvə Görüşünün ardından mətbuat konfransı keçirib.
Dövlət başçısı artıq Şuranın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olduğunu bəyan edib.
O, çıxışında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin əhəmiyyətini bir daha vurğulayıb.
“Həftənin əvvəlində Qarabağ torpaqlarının azadlığının birinci ildönümünü qeyd etdik. Azrbaycanlı qardaşlarımı bir daha təbrik edirəm. Əziz qardaşımın (Prezident İlham Əliyev – red.) liderliyi ilə can Azərbaycanın zəfəri bütün türk dünyasını qürurlandırdı. İnşallah, Qafqazda sülhün və əməkdaşlığın hakim olacağı yeni bir dövrün qapıları açıldı. Bu dastana liderlik edən İlham qardaşıma Türk Dünyasının Ali Ordenini təqdim etdik. Təşkilata sədrliyi də məhz bu görüşdə Azərbaycandan təhvil aldıq”, - deyə Ərdoğan bildirib.
Mənbə: “Haber Global”
Daha çox xəbər:
İlham Əliyev: “Sədrliyimiz dövründə Türk dünyasını, Türk Şurasını gücləndirmək üçün əlimizdən gələni etdik”
Ərdoğan Qarabağ zəfəri barədə: “Dünyaya verəcəyi faydanın dəyəri zaman ötdükcə daha yaxşı anlaşılacaq” - VİDEO
Ərdoğan Azərbaycan xalqını təbrik etdi - FOTO
Ceyhun Bayramovla baş katib Şuşa Bəyannaməsini müzakirə etdilər
Türk Şurasına sədrlik Azərbaycana keçdi