Gündəm
İlham Əliyev: “Sədrliyimiz dövründə Türk dünyasını, Türk Şurasını gücləndirmək üçün əlimizdən gələni etdik”
“Bu gün Türk Dünyası ölkələri arasında həmrəylikdən danışarkən ortaq baxışımız var və bu ortaq baxışın çox sağlam bir təmələ oturması lazımdır”.
Bunu bu gün Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirib.
Dövlət başçısı deyib ki, ortaq dil, ortaq din, ortaq mənfəətlərimiz və ortaq dəyərlərimiz var:
“İki illik sədrliyimiz dövründə biz də Azərbaycan olaraq Türk dünyasını, Türk Şurasını gücləndirmək üçün əlimizdən gələn hər cür səyi göstərdik. Bu gün keçmişlə müqayisədə birliyimizi daha çox gücləndirmiş vəziyyətdəyik. Bu gün gerçəkdən də tarixi bir Zirvə görüşü keçirilir. Çünki Türk Şurası bir təşkilat statusuna çatmış oldu. Qarşımızda çox böyük ümidverici bir gələcək var.
Çünki bu təşkilatın təməlində, qəlbində zatən tarixdən, ənənədən, ortaq din və dildən gələn təbii müttəfiqlərdən söhbət gedir. Bunlarla bərabər, yeni təhdidlər və çətinliklər demək olar ki, hər ay qarşımıza çıxmaqdadır. Təəssüf ki, dünyada lider dövlətlər bu çətinliklərlə mübarizə üçün müvafiq tədbirlər görmürlər. Əminəm ki, Türk Şurası olaraq ölkələrimiz, xalqlarımız üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Çünki burada səmimi bir ortaqlıq var. Ölkəsini inkişaf etdirmək istəyən dövlət başçılarıyıq.
Xalqlarımız arasındakı bağlar hər keçən gün qüvvətlənir. Çox önəmli bir coğrafiyaya sahibik. Həm iqtisadi, həm müdafiə sahəsində əlimizdə böyük güc var. Bu da son dərəcə önəmlidir.
Təbii sərvətlər, müasir infrastruktur nəqliyyatı, kommunikasiya infrastrukturu əlimizdədir. Türkiyə kimi iqtisadiyyatı və hərbi gücü olan ölkə NATO-nun ikinci böyük ordusuna sahibdir. Türkiyə önəmli vəzifəsini həm bölgədə, həm də qlobal mənada sülh və sabitlik üçün istifadə edir. Əminəm ki, Türkiyənin sədrliyi dövründə bütün hədəflərə çatmaq mümkün olacaq”.
Daha çox xəbər:
Ərdoğan: “Can Azərbaycanın zəfəri bütün türk dünyasını qürurlandırdı”
Prezident: “Mənə verilən Türk Dünyasının Ali Ordeni Azərbaycan xalqına verilmiş ordendir”
İlham Əliyev: “Türkiyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi böyük uğurla həyata keçirəcək”
Türk Şurasına sədrlik Azərbaycana keçdi
Azərbaycan Prezidenti Ermənistana növbəti dəfə xəbərdarlıq edib