Gündəm
Prezident: “Mənə verilən Türk Dünyasının Ali Ordeni Azərbaycan xalqına verilmiş ordendir”
“Türk Dünyasının Ali Ordenini aldığım üçün böyük qürur hissi duyuram. Eyni zamanda özümü çox böyük bir məsuliyyət altında hiss edirəm”.
Bunu bu gün Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirib.
Azərbaycan dövlət başçısı:
“Bu gün Zəngilanın Ağalı kəndindəki rəsmi mərasim tarixdə qalacaq”.
Ali Ordenə layiq görülməsindən eyni zamanda xoşbəxtlik hissləri keçirdiyini qeyd edən Prezident İlham Əliyev deyib ki, Türk Şurası dövlət başçıları Türkiyə Prezidentinin təşəbbüsü ilə onu bu Ali Ordenə layiq görüb:
“Bu ordenin mənə verilməsi Qarabağın qurtuluş savaşının sonunda baş tutdu. Türk dövlətlərinin bunu bu şəkildə qəbul etməsinə və məni bu ordenə layiq gördüklərinə görə öz adıma və bütün Azərbaycan xalqı adına böyük qürur hissi keçirirəm.
Bu, Azərbaycan xalqına verilmiş bir ordendir. Çünki İkinci Qarabağ müharibəsində həqiqətən çox mühüm səylər göstərdik. Bu Ordeni sevgili qardaşım Rəcəb Tayyib Ərdoğandan almağım xüsusilə önəmlidir. Müharibənin ilk günündən son gününə qədər onun bizə göstərdiyi dəstəyi hər an hiss etdik. Həqiqətən də bu dəstək bizə güc verdi, bizi ruhlandırdı, çünki əziz qardaşım Azərbaycanın dünyada tək olmadığını və Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını göstərdi. Biz böyük bir zəfərlə vəzifəmizi yerimə yetirə bildik”.
Daha çox xəbər:
İlham Əliyev: “Türkiyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi böyük uğurla həyata keçirəcək”
Ərdoğan: “Can Azərbaycanın zəfəri bütün türk dünyasını qürurlandırdı”
İlham Əliyev: “Sədrliyimiz dövründə Türk dünyasını, Türk Şurasını gücləndirmək üçün əlimizdən gələni etdik”
Türk Dünyasından birlik arzusunu reallığa çevirən Liderə təşəkkür – TƏHLİL
Azərbaycan Prezidenti Ermənistana növbəti dəfə xəbərdarlıq edib