Gündəm
20:27, 12 Kasım 2021

Gəncədə keçmiş arvadını öldürən şəxs məhkəmə qarşısında cavab verəcək

Gəncədə keçmiş arvadını öldürən şəxs məhkəmə qarşısında cavab verəcək



26 may 2021-ci il tarixdə Gəncə şəhər sakini Günay Amanovanın öldürülməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Qafar Amanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Günay Amanovanı qəsdən öldürüb.

Qafar Amanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər xəbərlər: