Gündəm
Yaponiyada yenidən quş qripi epidemiyası yayılıb
Yaponiyanın Kaqosima prefekturasında yenidən quş qripi epidemiyası yayılıb. Bildirilir ki, tapılan ölü quşların genetik analizlərində quş qripinin yüksək patogenli H5 ştamı aşkarlanıb.
Bununla əlaqədar quşçuluq təsərrüfatında 38,5 min baş quş məhv ediləcək. Bundan əlavə, ferma ətrafında üç kilometrlik zonanın radiusunda toyuq və yumurtaların daşınması ilə bağlı karantin tətbiq edilib. Ümumilikdə 143 min toyuq məhv ediləcək.
Yaponiyada cari mövsümdə ikinci dəfədir ki, bu xəstəliyin yayılması qeydə alınıb.
Mənbə: Arqumentı i Faktı