Gündəm
09:17, 10 Kasım 2021

Britaniyada yüksək patogenli quş qripi virusu aşkarlanıb

Britaniyada yüksək patogenli quş qripi virusu aşkarlanıb



Böyük Britaniyada yüksək patogenli quş qripi virusu təhlükəsi açıqlanıb.

Vorvikşir qraflığında fermalardan birində quşlarda H5N1-ə yoluxma aşkarlanıb.

Virusun yayılmasının qarşısı almaq məqsədilə fermadakı bütün quşlar məhv ediləcək.

İngiltərənin bir neçə bölgəsində ev quşlarda quş qripi (H5N1) aşkar edildikdən sonra təsərrüfatlara və quşçulara biotəhlükəsizlik tədbirlərini gücləndirmələri ilə bağlı göstəriş verilib.

Rəsmi açıqlamada virusun ictimai sağlamlıq riskinin “çox aşağı” olduğu vurğulanıb.

Mənbə: Hürriyet
Digər xəbərlər: