Gündəm
Bu il 2200 qaziyə əlillik təyin edilib
“Cari il 47 519 şəxsə əlillik təyinatı aparılıb. Bu ötən ilin müvafiq dövrünə nisbətən, təqribən, iki dəfə çoxdur”.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, bu müddət ərzində 2200 qaziyə əlillik təyin olunub.
Şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatının həyata keçirildiyini qeyd edən A.Bayramov onu da qeyd edib ki, indiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil/fərdi ev verilib:
“Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin (2018-ci ilə nisbətən 5 dəfə çox) bu il verilməsi gözlənilir. Artıq bu günə qədər 1850-si təqdim edilib.
Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq, bu il nazirlik tərəfindən verilən mənzillərin sayı 2200-ə çatır”.
Daha çox xəbər:
Şəhid ailələri və müharibə əlillərinə təqdim edilən yaşayış kompleksinə mediatur təşkil edildi - FOTO
Daha 40 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi - FOTO
Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi - FOTO
Bu şəxslərə pulsuz mənzillər verildi
Müharibədən sonra 21 mindən çox şəxsə dəstək göstərilib - RƏSMİ