Gündəm
COVID-19 pasportu olmadığına görə yüzdən çox şəxs toya buraxılmadı
Noyabrın 18-də Bakı şəhərində və respublika ərazisində 163 toy şənliyinin monitorinqi aparılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, monitorinq DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib.
Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
Belə ki, toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə beş nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 143 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Daha çox xəbər:
Ötən gün COVID pasportu olmadığına görə toya buraxılmayanların sayı AÇIQLANDI
Restoran toya görə 5 000 manat cərimə edildi - FOTO
Goranboyda toy mərasiminin qarşısı alındı, iştirakçılar cərimələndi
Karantin qaydalarını pozan şadlıq sarayları aşkarlandı: İki nəfər barəsində cinayət işi başlanıldı
Goranboyda şadlıq evi sahibi cərimələndi