Gündəm
Bakıda 23 yaşlı qız dəm qazından zəhərlənib
Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
1998-ci il təvəllüdlü İbişova Sevinc Zöhrab qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
23 yaşlı gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.