Sosial
Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Xəzər rayonunun Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
dahilider.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəsəbənin İsgəndərov küçəsi 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.
Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.(apa)
Daha çox xəbər:
İki yaşlı uşaq xlor, 16 yaşlı qız kamfora yağı içdi
Bakıda ad günündən qayıdan ailə yol qəzasına düşüb, 3 yaralı var -
Kanalda batan gənc ailənin tək övladıdır – 10 il onun yolunu gözləmişdilər
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO
İntihar edən 5-ci sinif şagirdinin atası: "Müəllimlər qızımı təhqir edib, əxlaqsız damğası vurub"