Gündəm
10:54, 02 Aralık 2021

Sabiq PPX komandirinin evi yandı: Özü və iki ailə üzvü öldü

Sabiq PPX komandirinin evi yandı: Özü və iki ailə üzvü öldü




Ağcabədi rayonunda fərdi evdə dəhşətli yanğın hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, rayonun Hindarx qəsəbə sakini Miri Kərimova məxsus evdə baş verən yanğın zamanı üç nəfər həlak olub.

Ölənlər bir ailənin üzvləri - Miri Kərimov, Pünhan Kərimov və Nailə Kərimovadır.

Miri Kərimov post patrul xidmətinin (PPX) sabiq komandiridir. O, altı ay bundan əvvəl işdən çıxarılıb.
Digər xəbərlər: