Gündəm
“Omikron”un gözlənilməz faydası ortaya çıxıb: Canlı peyvənd ola bilər
Cənubi Afrikadan qayıdan iki rusiyalıda aşkar edilən “Omikron” patogenliyi azaldığı üçün canlı peyvənd ola bilər.
Bunu virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Engelhardt adına Molekulyar Biologiya İnstitutunun Hüceyrə Proliferasiyası Laboratoriyasının rəhbəri Pyotr Çumakov deyib.
“Hazırda COVID-19-un təkamülün ikinci mərhələsindən sürətləndiyinə dair optimist fikir var. O, daha az patogen, eyni zamanda daha yoluxucu olub, bu isə yaxşıdır”, - deyə virusoloq bildirib.
Çumakov izah edib ki, yeni ştamla yoluxmuş insanlar xəstəlik törədən variantlara qarşı davamlı olacaqlar.
Bundan əlavə, mütəxəssis yeni vaiantın ortaya çıxmasından sonra daha lokdaun olmayacağı ehtimalını urəli sürüb.
Mənbə: Ura.ru
Daha çox xəbər: