Gündəm
10:49, 31 Aralık 2021

“Omikron”dan ölüm nisbəti nə qədərdir?

“Omikron”dan ölüm nisbəti nə qədərdir?
Koronavirusun “Omikron” ştammının əvvəlki COVID-19 dalğaları ilə müqayisədə ölüm nisbəti 75% aşağıdır.

Bu barədə Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutunun alimləri və onların Pretoriya Universitetindən olan həmkarlarının birgə araşdırmasında qeyd edilir.


Mütəxəssislər Qautenq əyalətinin Tşvane şəhərində “omikron”a yoluxmuş insanları müşahidə ediblər, burada “omikron”un ilkin yayılması qeydə alınıb. Alimlər müəyyən ediblər ki, yeni ştamma görə xəstəxanaya yerləşdirilən xəstələrin təxminən 4,5 %-i vəfat etdiyi halda, koronavirusun əvvəlki dalğalarında bu rəqəm 21,3 %-ə çatıb.

Tədqiqatçılar, həmçinin xəstəxanaya yerləşdirilənlərin yarısından azının oksigen terapiyasına ehtiyac duyduğunu, əvvəlki koronavirus variantları üçün bu göstəricinin 99,5 faizdən çox olduğunu aşkarlayıblar. Reanimasiyaya ehtiyacı olanların sayı da əhəmiyyətli dərəcədə az olub - əvvəlki variantlarda olan 4,3% -ə qarşı 1%.

Bundan əlavə, “omikron” diaqnozu ilə xəstəxanaya daxil olan xəstələr əvvəlki dalğalarda 8,8 günlə müqayisədə orta hesabla 4 gün sonra evə buraxılıblar.

Mənbə: The Telegraph
Digər xəbərlər: