Gündəm
10:46, 10 Aralık 2021

“Omikron” ştammının yayılması ilə əlaqədar Britaniya “B planı”na keçdi

“Omikron” ştammının yayılması ilə əlaqədar Britaniya “B planı”na keçdi




Koronavirus infeksiyasının “Omikron” ştammının yayılması ilə əlaqədar Britaniya “B planı”na keçib. Belə ki, dekabrın 10-dan artıq əksər ictimai yerlərdə qoruyucu maskaların taxılması tətbiq edilir.

Bu barədə hökumətin saytında məlumat verilib.

“(Maskanın) taxılmasının qeyri-münasib olduğu hallarda, məsələn, yemək, içmək və ya məşq edərkən istisnalar olacaq. Eyni səbəbdən qonaqpərvərlik müəssisələrində üz maskaları tələb olunmur”, - Britaniya hökumətinin açıqlamasında deyilir.

O da qeyd olunur ki, dekabrın 13-dən distant iş formatına keçidlə bağlı tövsiyə qüvvəyə minəcək. Bundan əlavə, dekabrın 15-dən etibarən gecə klubları və yüksək trafikli məkanlar üçün “Covid Pass” mütləq olacaq.

Mənbə: Lenta.ru
Digər xəbərlər: