Gündəm
23:31, 11 Aralık 2021

Qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində cəza tədbirləri görülüb - FOTO

Qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində cəza tədbirləri görülüb - FOTO


Xaçmazda qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində cəza tədbirləri görülüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı tədbir keçirilib.

Keçirilən tədbir zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Həmin vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Digər xəbərlər: