Gündəm
Rusiya Azərbaycanın üç müəssisəsinə alma və pomidor tədarükünə icazə verib
“Report” quruma istinadən xəbər verir ki, onlar sabahdan ixraca başlaya bilərlər.
Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib.
Həmin şirkətlər Bakının Sabunçu rayonunda yerləşən “Yaşıl məhsul” MMC, Suraxanı rayonunda yerləşən “TST Azərbaycan” MMC və Xətai rayonunda yerləşən “Exotica” MMC-dir.
Beləliklə, bu gün Azərbaycanda 214 müəssisənin və 1 kooperativin Rusiyaya pomidor, 79 müəssisənin isə alma ixrac etmək üçün icazəsi var.
Daha çox xəbər:
SON DƏQİQƏ! Rusiya və Azərbaycan anlaşdı: Bu qadağa götürüldü
Qida Təhlükəsizliyi İnstitutu 1 milyon manatlıq tenderə yekun vurub
“Synergy Group”da kadr dəyişikliyi baş verib
İrandan Azərbaycana gətirilən minlərlə kiloqram məhsul geri qaytarıldı
Süd məhsullarını istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı