Gündəm
15:46, 20 Aralık 2021

Qanunsuz ov edən şəxsin oğurluq etdiyi də məlum oldu - FOTO

Qanunsuz ov edən şəxsin oğurluq etdiyi də məlum oldu - FOTO



Xızıda qanunsuz ov edən şəxs ələ keçib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları qanunsuz ov edən şəxsi saxlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Kamalov rayonun Sitalçay kəndi ərazisində, üzərində qanunsuz daşıdığı 16 kalibrli ov tüfəngi ilə ov edərkən yaxalanıb.

RPŞ-ə gətirildikdən sonra İ.Kamalovun rayon ərazisində qaz xəttinin bir neçə dayaq borusunu oğurlaması da müəyyən edilib.

Hazırda faktla bağlı RPŞ-də araşdırma davam etdirilir.
Digər xəbərlər: