Gündəm
Asiyanın ən prestijli müsabiqəsində Azərbaycan şərabının zəfəri - FOTO
Azərbaycanın premium şərab istehsalçısı olan “SAVALAN – ASPI Winery”nin “SAVALAN NOBEL Exclusive Collection Red Dry Reserve 2016” şərabı prestijli beynəlxalq şərab müsabiqəsi olan “Japan Wine Challenge 2021”də “Trophy for Best Ancient World Wine” (Ən yaxşı Köhnə Dünya Şərabı) mükafatına layiq görüldü.
“SAVALAN NOBEL Exclusive Collection Red Dry Reserve 2016” şərabı Azərbaycanın Qəbələ bölgəsinin Savalan vadisində yetişən Kaberne Frank, Alikante Buşe və Kaberne Sovinyon üzüm növlərinin qarışımından hazırlanıb. Bu şərab kompleks və özünəməxsus qoxuya, yumşaq, lakin inamlı tanin teksturasına, dolğun və zəngin dada malikdir.
Daha çox xəbər:
Azərbaycanı Kanadada Layiqincə Təmsil edən Yusif Savalan..
Gənc bəstəkar Beynəlxalq müsabiqədə yüksək mükafata layiq görüldü
Şərabçılıqda problem nədir: idxal ixracı niyə üstələyir?!
Ərdoğan: “Can Azərbaycanın zəfəri bütün türk dünyasını qürurlandırdı”
Prezidentinin köməkçisi Nobel mükafatının Qorbaçovdan geri alınmasını təklif edib