Gündəm
Emin Əmrullayev: “Müəllimlərin işə qəbulununa regional təhsil idarələri baxacaq”
“Gələcəkdə bir sıra səlahiyyətlərin regional təhsil idarələrinə verilməsi nəzərdə tutulur”.
Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
“Onlar bu funksiyaları düzgün yerinə yetirməyə hazır olduqda, məsələn müəllimlərin işə qəbulunun və digər vəzifələrin həyata keçirilməsinin yerlərə verilməsini həyata keçirəcəyik”, - deyə nazir qeyd edib.
O qeyd edib ki, regional təhsil idarələrinin yaradılması uzunmüddətli dövrdə qeyri-mərkəzləşdirməni həyata keçirməyə imkan verəcək.