Gündəm
Tbilisidə ictimai nəqliyyatda gediş haqları artırılacaq
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze elan edib ki, 2022-ci ildən ictimai nəqliyyatda yeni abonent sistemi tətbiq olunacaq və nəticədə Tbilisidə ictimai nəqliyyatda birdəfəlik gediş haqqı artacaq.
Kaxa Kaladzenin sözlərinə görə, yeni ödəniş sistemi bütün ictimai nəqliyyat növləri olan metro, avtobus və mikroavtobusları bir sistemdə birləşdirəcək.
Avtobus, metro və mavi mikroavtobuslarla 90 dəqiqə ərzində limitsiz gediş haqqı mövcud tariflə müqayisədə 2 dəfə artaraq 1 lari (təxminən 0.55 AZN - red.) təşkil edəcək.
Bundan əlavə, ictimai nəqliyyatda sərnişinlər bir günlük, həftəlik, aylıq, üç aylıq, altı aylıq və illik limitsiz kartlardan istifadə edə biləcəklər.
Bir günlük limitsiz səyahət bileti 3 lariyə (1.65 AZN), həftəlik isə 20 lariyə (11 AZN) başa gələcək.
K. Kaladzenin sözlərinə görə, bir sıra kateqoriyalar aid sərnişinlər pulsuz və güzəştli tariflərdən istifadə edəcəklər.
Bu kateqoriyaya Tbilisidə qeydiyyatda olan görmə qabiliyyətini itirmiş insanlar, onları müşayiət edən şəxslər və bələdçilər, məktəb şagirdləri, ərazi inspektorları və paytaxtın Polis İdarəsinin Baş Əməliyyat İdarəsinin əməkdaşları, Tbilisidə bələdiyyə uşaq bağçalarının işçiləri, Tbilisidə qeydiyyatda olan silahlı qüvvələrin veteranları və sair sərnişinlərə aiddir.
Tbilisi meri əlavə edib ki, tələbələr, təqaüdçülər və digər icma qrupları güzəştli tariflərdən istifadə etməyə davam edəcəklər.
Mənbə: Tbilisi.gov.ge
Daha çox xəbər:
Polis ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirir - FOTO
İctimai nəqliyyatda gedişhaqları bahalaşacaqmı: - Rəsmilərdən şübhəli “yox” CAVABI...
Bakıda bu marşrutda gediş haqqı artdıBakıda bu marşrutda gediş haqqı artdı
Bakı metrosunda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA
Sabahdan daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə olacaq