Gündəm
Məişət cihazlarının radiasiya şüaları ilə bağlı miflər təkzib olundu
Məişət texnikası və mobil telefonlar radiasiyaya məruz qalma baxımından insanlar üçün təhlükəsizdir.
Bu barədə Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi, nüvə energetikası və sənayesi veteranı Aleksandr Koldobski məlumat verib.
“Əgər siz radiasiya təhlükəsizliyini nəzərdə tutursunuzsa, deməli müzakirə olunacaq bir şey yoxdur. Məişət texnikasını elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi baxımından müzakirə etmək daha məntiqlidir. Lakin radiasiya təhlükəsizliyi baxımından bu, tamamilə mənasız bir işdir”, - deyə Koldobski bildirib.
O, qeyd edib ki, smartfonlarda radiasiya yoxdur.
“Bu cihazlar radioaktiv deyil, elektromaqnit şüalanmaya malikdir. Lakin bu da sağlamlıq üçün zərərlidir. Uzun illər radar stansiyalarında işləyən insanlar bəzən sonrakı on illər ərzində əlil qalırlar”,- deyə alim vurğulayıb.
Mənbə: ura.news
Daha çox xəbər:
Daha çox hansı bölgələrdə qadınlar məişət zorakılığının qurbanı olublar?
Əfqanıstanın XİN rəhbəri: “Türkiyə hərbçiləri öz mütəxəssislərini qoruyacaq”
ÜST: “Peyvəndin üçüncü dozasının faydası və təhlükəsizliyi təsdiq edilməyib”
İlham Əliyev və Mehriban Əliyeva alimin vəfatı ilə əlaqədar nekroloq imzaladılar
Nazirlikdən əhaliyə MÜRACİƏT