Gündəm
Azərbaycan nefti 8 faizə qədər ucuzlaşıb
Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin dekabr ayı ərzində orta qiyməti 76,41 ABŞ dollarını təşkil edib.
Oxu.Az-ın məlumatına görə, ay ərzində neftin bir barelinin orta qiyməti noyabr ayı ilə müqayisədə 6,24 ABŞ dolları qədər və ya 7,55 faiz azalıb.
Dekabr ayı ərzində neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 30 dekabr tarixində qeydə alınıb və 82,13 ABŞ dollarına bərabər olub.
Ay ərzində Azərbaycan neftinin qiymətinin ən aşağı həddi isə 2 dekabr tarixində qeydə alınıb və 71,38 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, əvvəlki ay (noyabr) ərzində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 82,65 ABŞ dollarına bərabər olub.