Gündəm
“Aztelekom” Şuşada filial açıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (NRYTN) məxsus “Aztelekom” MMC-də növbəti struktur islahatı aparılıb.
“Report” məlumatına görə, qurumun azad edilmiş ərazilərdə ilk filialı olan “Şuşa” filialı fəaliyyətə başlayıb. Hələlik filial rəhbərliyinə təyinat yoxdur.
Bununla da qurumun filiallarının sayı 6-ya çatdırılıb.
Nazirlikdən fakt təsdiq edilib.
Qeyd edək ki, bundan öncə şirkətin “Cənub Şirvan”, “Şimal-Qərb”, “Şimal-Şərq”, “Aran” və “Dağlıq Şirvan” regional filialları yaradılıb.
Xatırladaq ki, “Aztelekom"da struktur islahatları “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq aparılır. Filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.