Gündəm
Gəncədə iki qardaşı bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı
Gəncədə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Nicat Qurbanova hökm oxunub, o, məhkəmə zalından azadlığa buraxılıb.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, N.Qurbanova şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam tədbiri ilə əvəz edilib. O, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.
Qeyd edək ki, hadisə 2021-ci il martın 25-də axşam saatlarında Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakinləri - 28 yaşlı Osman Dadaşov və qardaşı, 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.
Araşdırma zamanı məlum olub ki, Gəncə şəhər sakini, 1994-ci il təvəllüdlü N.Qurbanov ailə münaqişəsi zamanı bacısının həyat yoldaşı O.Dadaşovu və onun qardaşı S.Dadaşovu bıçaqlayaraq xəsarət yetirib.
Daha sonra N.Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.
Daha çox xəbər:
İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edildi
Gəncədə keçmiş arvadını öldürən şəxs məhkəmə qarşısında cavab verəcək
Bakıda arvadını öldürən şəxsə hökm oxundu
Nərminin qətlində təqsirləndirilən şəxs barədə QƏRAR VERİLDİ
Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi - FOTO