Gündəm
12:31, 24 Ocak 2022

Azərbaycanda avtomobillərin parklanması müddəti 48 saata qədər uzadılır

Azərbaycanda avtomobillərin parklanması müddəti 48 saata qədər uzadılır
Azərbaycanda avtomobillərin parklanması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

“Report”un xəbərinə görə, bu, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz və sürücülər nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq saxlanmasına görə inzibati məsuliyyət daşıyırlar.

Qeyd edək ki, hazırda bu müddət 24 saat nəzərdə tutulur.
Digər xəbərlər: