Gündəm
08:37, 13 May 2019

"Yol hərəkəti haqqında" qanuna yeni maddə əlavə edilir

"Yol hərəkəti haqqında" qanuna yeni maddə əlavə edilir


Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən edilir.

Beş.az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna yeni maddə əlavə edilir.

Belə ki, qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Qanuna dəyişiklik Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Digər xəbərlər: