Gündəm
Azərbaycan postpandemiya dövründə BMT-nin yüksək səviyyəli panelinin yaradılmasını təklif edib
“Biz COVID-19-dan sonra ümumi bərpa üzrə BMT-nin yüksək səviyyəli panelinin yaradılmasını təklif edirik. O, postpandemiya dövründə qlobal tədbirlər barədə tövsiyələr hazırlayacaq”.
Bu fikirləri Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.
“Azərbaycana gəldikdə, biz iştirak etdiyimiz bütün təşkilatlarda məhz həmin təşkilatı gücləndirmək, habelə bu təşkilatın fəaliyyəti çərçivəsində öz milli mənafelərimizi maksimum təmin etmək üçün iştirak edirik. Hər bir beynəlxalq təşkilat qüdrətli ölkələrdən, ortabablardan, bir də hələ bir qədər böyüməli olan ölkələrdən ibarətdir. Ona görə də burada bütün ölkələrin mənafelərinin nəzərə alınması vacibdir. Bu səbəbdən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörməti mühüm prioritetlərdən biri hesab edirəm. Azərbaycan qanunun aliliyini və beynəlxalq hüququn aliliyini həmişə üstün tutur”, - Prezident vurğulayıb.
Daha çox xəbər:
İlham Əliyev: “Azərbaycan humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib”
İlham Əliyev: “Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazana bilib”
Prezident: “Bizim təşkil etdiyimiz, həyata keçirdiyimiz işi Ümumdünya Səhiyyə Təşkilatı da qiymətləndirib”
Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub
İlham Əliyev: “Qoşulmama Hərəkatı beynəlxalq arenada mühüm rol oynayır”