Gündəm / Cəmiyyət
Vətənpərvər Azərbaycan gəncləri
Məlum olduğu kimi, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda vətənpərvər, Vətən yolunda daim canını belə qurban verməyə hazır olan gənc nəsil yetişib. Məhz bu gənc nəsil idi ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətlər göstərdilər.
Xüsusulə qeyd etməliyik ki, Azərbaycanda gənclər siyasəti daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub, gənclərin vətənpərvər ruhda yetişdirilməsinə, savadlı, təhsilli gəncliyin formalaşmasına daim böyük diqqət ayrılıb.
Yeri gəlmişkən, qeyd edək ki, Ulu öndər hakimiyyətə gəldikdən sonra gənclər siyasətinə xüsusi diqqət ayırdı. O zaman bütün sahələrdə olduğu kimi gənclərlə bağlı vəziyyət də acınacaqlı idi. Müstəqilliyimizin ilk dövründə dövlətçiliyimiz kimi, Azərbaycan gəncliyi də ciddi təhlükələrlə qarşı-qarşıya qalmışdı. Xüsusilə xoşagəlməz hal ondan ibarət idi ki, gənclərimiz siyasi oyunlara alət edilirdi, onların vətənpərvər ruhda yetişdirilməsi, təhsilnin düzgün təşkili, problemlərinin həlli istiqamətində hər hansı bir tədbir görülmürdü. Məhz Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu, gənclərin problemlərinin həlli, onların təhsilinin təşkili istiqamətində ciddi tədbirlər görülməyə başladı, gənclərin siyasi oyunlara cəlb edilməsinə son qoyuldu.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək gənclər siyasətini yeni müstəviyə çıxardı, gənclərin problemlərinin həlli, onların fərdi inkişaflarının təmin edilməsi istiqamətində yeni konsepsiyalar ortaya qoyuldu. Azərbaycan gənclərinin İnkişaf Strategiyası, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları, Gənclər Fondunun yaradılması və digər bu kimi tədbirlər gənclərimizin inkişafı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində çox önəmli addımlar idi. Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib.
Ən əsası, Azərbaycanda aparılan bu nümunəvi gənclər siyasəti öz bəhrəsini layiqincə verib. Prezident İlham Əliyevin rəhbərliyi və apardığı düzgün siyasi kurs nəticəsində Vətən müharibəsində tarixi qələbə qazanan gənc nəsil formalaşdı. Son 18 ildə formalaşan Azərbaycan gəncləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoydu. Ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənimizin inkişafı üçün səylə çalışırlar. Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər.
Natiq Əhmədov,
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin Məliyyə Təsərrüfat sektorunun torpaq məsələləri üzrə baş məsləhətçisi