Gündəm
21 il ərzində İlham Əliyev hər zaman xalqın yanında olub

“2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı sadəcə bir lider seçmədi, eyni zamanda parlaq bir gələcəyin təməlini qoydu. Ulu Öndər Heydər Əliyevin siyasətinin davamı olaraq Prezident İlham Əliyevin hakimiyyətə gəlişi, ölkəmiz üçün yeni bir mərhələnin başlanğıcı idi. Andiçmə mərasimində verdiyi “hər bir azərbaycanlının Prezidenti” olacağına dair vədi, onun xalqa və vətənə olan dərin sadiqliyinin təcəssümü idi. İlham Əliyev yalnız bir lider deyil, həm də xalqının əvəzolunmaz güvən simvoluna çevrildi.
Son 21 ildə dövlət başçısının rəhbərliyi altında Azərbaycan inanılmaz bir inkişaf yolu keçib. O, həm ölkə daxilində, həm də beynəlxalq arenada xalqımızın maraqlarını əzmlə müdafiə edir. Otuz il işğalda qalan torpaqlarımız, onun Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi ilə, 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Bu, təkcə torpaqlarımızın azad olunması deyil, xalqımızın birliyinin, gücünün və qətiyyətinin dünyaya nümayişi idi. 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları ilə isə suverenliyimiz tam bərpa olundu.
Biz Müzəffər Ali Baş Komandana və rəşadətli ordumuza dərin minnətdarlığımızı bildiririk. Bu nailiyyətlər, Azərbaycanın gələcək illərdə daha güclü, daha firavan bir ölkəyə çevrilməsi üçün geniş perspektivlər açır. Xalq olaraq, bir yumruq kimi birləşməli, əldə etdiyimiz bu uğurları daha da gücləndirərək, Vətənimizin gələcəyini öz əllərimizlə qurmalıyıq. Tarixin bu əlamətdar dönəmində hər bir azərbaycanlı fəal iştirak etməli və ölkəmizin yüksəlişi naminə əzmlə çalışmalıdır!
21 il ərzində cənab İlham Əliyev hər zaman xalqın yanında olub, vətəndaşlara göstərdiyi qayğı və diqqət onu hər bir azərbaycanlının Prezidenti etdi. Onun uzaqgörən siyasəti və xalqa sadiqliyi Azərbaycanı güclü, suveren və müasir bir dövlətə çevirdi. Əlamətdar gün münasibətilə dövlət başçısına dərin minnətdarlığımızı ifadə edir, ona uğurlar arzulayırıq!”
Mahir Xankişiyev Salyan rayon Xıdırlı kənd inzibati ərazi icra nümayəndəsi
Daha çox xəbər:
Müstəqil Azərbaycanın Zəfər Simvolu – İlham Əliyev
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Ehtiyatda olan Xüsusi təyinatlılar İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Şaiq Məmmədov və İctimai Birliyinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib
“Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın” arzusu artıq reallığa çevrilib
İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib – FOTO
