Gündəm
23:32, 27 Şubat 2026

Qətiyyətli Liderlik və bölgədə bərpa olunan ədalət

Qətiyyətli Liderlik və bölgədə bərpa olunan ədalət
Müasir dövrdə dünyada baş verən geosiyasi proseslər, ikili standartlar və beynəlxalq münasibətlərdə müşahidə olunan ədalətsizliklər fonunda ədalət anlayışı tez-tez müzakirə mövzusuna çevrilir. Belə bir mürəkkəb və ziddiyyətli mühitdə Azərbaycanın bölgəsində yaranan yeni reallıqlar güclü siyasi iradənin, milli birliyin və məqsədyönlü strategiyanın nəticəsi kimi diqqət çəkir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar regionumuzda ədalətin bərpası, sabitliyin təmin olunması və uzunmüddətli inkişafın əsasının qoyulması baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər davam edən qeyri-müəyyənlik, işğalın yaratdığı dağıntılar və humanitar problemlər bölgədə həyatın bütün sahələrinə təsir etmişdi. Lakin həyata keçirilən ardıcıl və düşünülmüş siyasət nəticəsində bu torpaqlarda yeni bir inkişaf mərhələsi başlayıb. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası, yolların, yaşayış məntəqələrinin və sosial obyektlərin yenidən inşası bölgənin dirçəlişinin real göstəriciləridir. Bu proses yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda sosial rifahın yüksəldilməsi və insanların doğma torpaqlara qayıdışına şərait yaradılması kimi mühüm hədəfləri də əhatə edir.Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri, görülən işlərlə yerində tanış olması və sakinlərlə birbaşa ünsiyyət qurması dövlətin bu məsələyə verdiyi xüsusi diqqətin bariz nümunəsidir. Bu görüşlər vətəndaşların problemlərinin dinlənilməsi, onların sosial rifahının yaxşılaşdırılması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu yanaşma dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmlənməsinə və milli birliyin daha da güclənməsinə xidmət edir.Bölgədə bərpa olunan sabitlik və təhlükəsizlik mühiti iqtisadi canlanma üçün də geniş imkanlar yaradır. Yeni layihələrin icrası, investisiya mühitinin formalaşması və infrastrukturun müasirləşdirilməsi regionun strateji əhəmiyyətini daha da artırır. Bununla yanaşı, mədəni irsin bərpası,tarixi abidələrin yenidən qurulması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər tarixi ədalətin bərpasının mənəvi tərəfini də ön plana çıxarır.Bu gün bölgədə həyata keçirilən hər bir layihə, atılan hər bir addım ədalətin sözlə deyil, əməli fəaliyyətlə təmin olunduğunu nümayiş etdirir. Artıq qətiyyətli liderlik, ardıcıl siyasət və xalqın birliyi nəticəsində bölgədə yeni bir inkişaf mərhələsi formalaşmışdır. Sonda vurğulayım ki, bütün bunlar onu göstərir ki, mürəkkəb beynəlxalq şəraitə baxmayaraq, milli maraqlara əsaslanan siyasət və güclü idarəçilik modeli ədalətin, sabitliyin və davamlı inkişafın təmin olunmasında həlledici rol oynayır.

YAP Saatlı rayonu15 s. ƏPT sədri, UNEC məzunu
MƏMMƏDOV Vüqar
Digər xəbərlər: