Hadisə
İki gündə səkkiz nəfər dəm qazından zəhərlənib
Havaların soyuması ilə son iki gündə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə səkkiz nəfər dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edib.
Bunu Oxu.Az-a açıqlamasında şöbənin baş həkimi Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, zəhərlənənlərdən vəziyyəti ağır olan olmayıb:
“Səkkiz nəfərin heç biri klinakada saxlanılmayıb. Onlar evə göndəriliblər. Zəhərlənənlər Xəzər və Nizami rayonundan gətirilmişdi. Aralarında uşaq yox idi”.
Azər Maqsudov əlavə edib ki, bir nəfər sirkə turşusundan və üç nəfər isə spirtli içki zəhərlənməsi ilə bağlı klinikaya müraciət edib:
“Sirkə turşusundan zəhərlənən hələ də klinikadadır. Vəziyyəti ağırdır. Amma spirtli içki zəhərlənməsi ilə bağlı gətirilən üç kişi yardım aldıqdan sonra evə buraxılıb. Hər üçü 25-30 yaşlı şəxslər olub”.
Daha çox xəbər:
Toyda 40 nəfər içkidən zəhərləndi, 1 nəfər öldü
Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı
Gəmidəki yanğında xəsarət almış şəxslərin son vəziyyəti
Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
İntihar edən 5-ci sinif şagirdinin atası: "Müəllimlər qızımı təhqir edib, əxlaqsız damğası vurub"