Hadisə
23:15, 14 Aralık 2019
71
0

Bakıda avtobus qəzaya uğradı - Yaralananlar var

Bakıda avtobus qəzaya uğradı - Yaralananlar var
Bakıda daha bir marşrut avtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili göndərilib. Qəzadan 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazımi yardım göstərilib, müalicələri davam edir.
Digər xəbərlər: