Hadisə
15:40, 09 May 2019

Azərbaycanda 18 yaşlı gənc Wi-fi işləmədiyinə görə evi tərk edib.

Azərbaycanda 18 yaşlı gənc Wi-fi işləmədiyinə görə evi tərk edib.


Azərbaycanda 18 yaşlı gənc Wi-fi işləmədiyinə görə evi tərk edib.



Azərbaycanda 18 yaşlı gənc Wi-fi işləmədiyinə görə evi tərk edib.

Bunu BiG.AZ-a açıqlamasında itkin düşən Nicat Qəhrəmanovun anası Gülbəniz Qəhrəmanova bildirib.

O qeyd edib ki, wi-fi-nin işləmədiyini görən oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb:

"Oğlum Nicat Qəhrəmanov 2001-ci ildə dünyaya gəlib. Onun beynində damar sıxılması var idi. 3-4 gündür ki, müalicə olunurdu. Telefonla çox oynayırdı. Gecə də yatmırdı. Həmişə çölə çıxıb gəlirdi. Dünən səhərə kimi Nicatı gözlədim, gəlmədi. Nicat ilk dəfədir ki, evdən qaçır. Telefonu da bağlıdır. Oğlum peşə məktəbini bitirib. 3 aydan sonra 18 yaşı tamam olur. Bizim evdə Wi-fi yox idi. Həmin gün Wi-fini təzə çəkdirmişdik. Wi-fi yaxşı işləmədiyinə görə o əsəbiləşib dedi ki, mən evdən gedirəm. Oğlum əsəblərinə görə müalicə alıb. Biz "8-ci km bazarı"nın yaxınlığında yaşayırıq. Nicat ikinci oğlumdur. Zəng edirik, telefonuna zəng çatmır. Dostları ilə danışmışıq. Deyirlər ki, dünən Nicatı görməmişik. Müalicə olunduqdan sonra düzəlmişdi. Artıq bu gün polisə də müraciət etdik".
Digər xəbərlər: