İdman
Azərbaycanın ilk idman geyimi brendi olan İL "AZERO"dan möhtəşəm Qarabağ təbliğatı
Azərbaycanın ilk idman geyimi brendi olan İL "AZERO"dan ordumuza və Qarabağa dəstək təbliğatı adı altında Azərbaycanın düşmən əsarətində olan şəhər və rayonlarının simvolik idman geyimlərini milli ruhda tərtib edilərək ictimaiyyətə təqdim edilmişdir.. Geyimlərin hər birini ayrı -ayrı regionlarımıza məxsus naxış,ornament və simvollarla bəzəyən İL`AZERO, nəfis tərtibatda olan bu formaları Ali baş komandan, cənab Prezidentimiz İlham ƏLİYEV adı altında 1 nömrə ilə təqdim etmişdir.
Bu proyektlə bağlı öz fikirlərini bizimlə bölüşən beynəlxalq voleybol menecerimiz və ilk milli brendimizin təsisçisi İlqar İmamquliyev açıqlamasında bunları bildirmişdir:
`Hal hazırda davam etməkdə olan və hər birimizə fərqli bir özgüvən verən,millətimizin dövlətimiz və onun başçısı ətrafında inanılmaz bir birlik və şücaət göstərdiyi şərəf savaşındayıq.Biz də payımıza düşən, zərrə qədər də olsa ölkəmiz,Qarabağımız adına özünə məxsus şəkildə müəyyən təbliğat aparmağı özümüzə borc bilir, milli ornamentlərimizin, naxış və simvollarımızın dünyaya tanıdılmasında böyük sevgi və həvəslə tərtib etdiyimiz geyimlərin də az rolu olmayacağı qənaətindəyik.
Milli toponimlərimizə,naxış və simvollarımıza sahib çıxmaq üçün atılan hər bir addım böyük təbliğat xaraketi daşıya,dünayaya zəngin mədəniyyətimizi daha rahat çatdırmaqda yardımçı ola bilər.
Mən də öz növbəmdə idman camiəsinin bir üzvü kimi bütün idman ictimaiyyətini, klublarını milli toponim və ornamentlərimizə daha çox önəm verməyə və beynəlxalq arenada daha geniş vitrin almasına səy göstərməyə çağırmaq istərdim.
İgid övladlarımızın soyuq səngərdə Vətənin keşiyində canları bahasına vuruşduğu bir vaxtda,bizə isti evimizdə,əmin amanlıq şəraitində bu işləri görmək üçün fürsət yaratdıqları üçün nə qədər minnətdar olsaq azdır deyib,bu 9 gün ərzində böyük sevgiylə işlədiyimiz milli ruhlu geyimlərimizi sizə təqdim etmək istərdik.
Ayrıca bu geyimlərin hazırlanmasında mənə çox yardımçı olan, yuxusuz gecələr boyunca böyük zəhmət çəkən və bu işləri xüsusi sevgiylə görən qrafik müəllimim Nərminə xanıma və daha bir dostumuz Lalə xanıma minnətdarlığımı bildirmək istərdim.
Azərbaycan xalqı heç vaxt bu qədər güclü, həmrəy və özgüvənli olmamışdır!
Qarabağ Azərbaycandır!!!
Daha çox xəbər:
Ayaqyalın qaçaraq 3 dəfə çempion olan qıza Nike brendi sahib çıxdı
Rauf Əliyev: Azərbaycan şanlı tarixini yazır
"Beynəlxalq Bank"ın IBA Tech Akademiyasının - İLK BURAXILIŞI OLDU
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
"Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu"