İdman
10:15, 25 Nisan 2021

Üç Azərbaycan güləşçisi Avropa çempionatında medal qazandı

Üç Azərbaycan güləşçisi Avropa çempionatında medal qazandı


Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə millimiz üç medal qazanıb.

Oxu.Az xəbər verir ki, Ümumdünya Güləş Birliyi tərəfindən maska qalmaqalına görə sanksiyaya məruz qaldığından, ilin ilk yarışına çıxan Eldəniz Əzizli (55 kq) beşinci dəfə Avropa çempionatının mükafatını qazanıb.

O, üçüncü yer uğrunda görüşdə Fabian Şmidtə (Almaniya) 8:0 qalib gələrək dördüncü dəfə qitənin bürünc medalına yiyələnib.

Taleh Məmmədov (63 kq) ilk dəfə finala çıxdığı Avropa çempionatında Canpolad Lokyayevə (Rusiya) 0:5 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib. Onun gümüş medal qazanması o deməkdir ki, yunan-Roma güləş millimiz yarışı qızıl medalsız başa vuracaq.

Son Avropa çempionumuz Sənan Süleymanov (77 kq) isə Dmitri Pışkova (Ukrayna) 6:0 qalib gələrək bu dəfə də qitə birinciliyini medalsız tərk etməyib. O, bürünc medal qazanıb.

Qeyd edək ki, sabah turnirin son günündə daha iki yunan-Roma güləşçimizin – Namaz Rüstəmov (67 kq) və Zamir Məhərrəmovun (97 kq) bürünc medal qazanmaq şansı var.
Digər xəbərlər: