İqtisadiyyat
Bağlanan banklar Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait ayırmışdı? - MƏBLƏĞ
Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyalarının ləğv edilməsi barədə xəbər vermişdik. Həmçinin qurumun İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə bu banklardan əlavə “AGBank” ASC və “NBCBank” ASC-yə müvəqqəti inzibatçılar təyin ounmuşdu.
Yeniavaz.com xəbər verir ki, sözügedən bankların hamısı Koronavirusla Mübarizəyə Dəstək Fonduna müyyən qədər vəsaitlər ayırıblar. Onlar bu barədə özlərinin rəsmi saytlarında məlumat veriblər. Bu banklardan KMDF-yə ən yüksək məbləği isə “Amrahbank” ASC ayırıb – 200 min manat.
“AtaBank” ASC isə İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində ianə köçürüb.
Müvəqqəti inzibatçılar təyin olunmuş “AGBank” ASC və “NBSBank” ASC-nin hər biri fondun hesabına 100 min manat köçürüb.
"AGBank"ın Müşahidə şurasının sədri Çingiz Əsədulla da KMDF-yə 10 000 manat ianə edib.
Daha çox xəbər:
Xarici İşlər Nazirliyi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi dəstək oldu
“Baku City Residence” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat maliyyə yardımı edib
“Xəzər” televiziyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürəcək - VİDEO
“Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, pulsuz rabitə
İran koronavirusla mübarizəyə silahlı qüvvələri cəlb edəcək