İqtisadiyyat
12:34, 29 Ekim 2020

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 63 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 63 mln. dollar cəlb edib
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 62,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (27 oktyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Digər xəbərlər: