Mədəniyyət
Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır - Hospitaldan AÇIQLAMA
"Əməkdar artist Bəhram Bağırzadənin səhhətində müəyyən müsbət dinamika qeyd edilir, lakin vəziyyəti ağır olaraq qalır".
dahilider.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Daha çox xəbər:
Bağırzadənin ailəsi korona testindən keçməyib? - Açıqlama
Əməkdar artistin səhhəti pisləşdi - FOTO
Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb
24 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkar olunub, 1 nəfər ölüb - TƏCİLİ!
Gəmidəki yanğında xəsarət almış şəxslərin son vəziyyəti