Siyasət
Xanhüseyn Kazımlının partiyası zərərə düşdü
Azərbaycan Sosial Rifah Partiyası (ASRF) illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Oxu.Az-ın məlumatına görə, partiya bəyan edib ki, dövlət büdcəsindən 118 min 518 manat 52 qəpik vəsait alıb.
Hesabatda partiyanın xərclərinin 118 min 586 manat 17 qəpik olduğu göstərilib.
Beləliklə, ümumi zərər 67 manat 65 qəpik təşkil edib.
Qeyd edək ki, ASRF-nin sədri keçmiş deputat Xanhüseyn Kazımlıdır. X.Kazımlı birinci, ikinci, üçüncü, dördüncü, beşinci çağırış Milli Məclisin deputatı olub.
Daha çox xəbər:
Bu şəxslərin MAAŞI ARTDI - AZƏRBAYCANDA
Azərbaycanda benzin ucuzlaşıb
Millət vəkili gülüş doğuran görüntüsünü İNKAR ETDİ: "Mənim çıxışım olmayıb" - VİDEO
“Relax” hadisəsinə görə oğlu həbsi edilən deputat da namizədliyini irəli sürdü
“Saxta seçkilər üçün 65 milyon manat israf olundu" - Qubad İbadoğlu