Siyasət
Prezidentdən ordumuzda muzdluların döyüşməsi iddialarına SƏRT REAKSİYA
“Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər.
Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb”.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu ABŞ-ın “Fox News” telekanalına müsahibəsində bildirib.
“Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl, bir neçə gün ərzində biz, bəlkə də, bundan üç dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl, müasir avadanlıq.
Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Daha çox xəbər:
“Müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim?” - Prezident
“Təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub”
"Erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb" - Prezident İlham Əliyev
ABŞ ordusunda biabırçı qalmaqal: 20 mindən çox əsgər təcavüzə uğrayıb -
Azərbaycanda ər arvadını döyüb bu hala saldı - ŞOK FOTO