Siyasət
Döyüşlər Ağdərə və Xocavənd istiqamətlərində davam edib

Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Daha çox xəbər:

Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - MN

MN: “Düşmən cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib”

Döyüş əməliyyatları hansı istiqamətdə davam edir? – MN açıqladı

Düşmənin xüsusi təyinatlı bölməsinin komandiri, alay komandiri və müavinləri, bölük komandiri öldürüldü

SON DƏQİQƏ: Bu ərazilər də AZAD EDİLDİ, ordumuz sürətlə irəliləyir